İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin 4 üzvü qələbə qazanaraq finalda iştirak hüququ qazanıb.
Məhəmmədəli Aşurəliyev Armandas Kreqzden (Litva) və Artur Avetikyanın (Ermənistan) ardınca gürcüstanlı Levan Demurovi ilə qarşılaşıb. 54 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dueldən də qalib ayrılıb. O, gərgin keçən döyüşdə 4:1 (29:28, 30:27, 30:26, 29:28, 28:29) hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. Aşurəliyev həlledici döyüşdə ingiltərəli Adam Maca ilə üz-üzə gələcək.
Yığma üzvü Məhəmmədəli Qasımzadə (57 kq) də finala yüksəlib. Nik Smirnov (Almaniya) və Kallum Karrageri (İrlandiya) mübarizədən kənarlaşdıran boksçumuz yarımfinalda latviyalı Nikolayes Zamyatinsi də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, finalda bolqarıstanlı Viktorio İliyevlə döyüşəcək.
Oğlanlardan ibarət yığmamız kimi, qızlardan ibarət millimiz də həlledici görüşlərdə 2 idmançı ilə təmsil olunacaq. 48 kq çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə çempionluq görüşünə vəsiqə əldə edib. Mahur Marikyana (Ermənistan) qalib gələn idmançı yarımfinalda polşalı Silva Formeladan da güclü olub. O, 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Əlizadə finalda ingiltərəli Rubi Vaytla qüvvəsini sınayacaq.
Emili Rzayeva (70 kq) Olqa Filipçuk (Ukrayna) səddini keçdikdən sonra Gül Yılmazla (Türkiyə) üz-üzə gəlib. Boksçumuz yarımfinal görüşünü 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə aktivinə yazıb. O, finalda polşalı Yoanna Araszevskanı sınağa çəkəcək.
Digər boksçumuz Aynur Mikayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Byanka Balintin (Almaniya) və Lamprini Giannakopoulounu (Yunanıstan) məğlub edən idmançı finala gedən yolda ingiltərəli Katerin Pumfri ilə qüvvəsini sınayıb. Rəqib mərhələ adladığından təmsilçimiz 3-cü yeri tutub.
Bu, oğlan və qız boksçuların çempionatının birgə keçirilməyə başladığı 2018-ci ildən sonra yığmamızın rekordudur. Bu müddətdə heç vaxt 4 idmançımız finala yüksəlməyib. Millinin Avropa birinciliyini 5 medalla bitirəcəyinin rəsmiləşməsi də bu müddət üçün rekord göstəricidir. Həmçinin 2 qız boksçumuzun finala yüksəlməsi tariximizdə ilk dəfə qeydə alınıb.
33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda final döyüşləri oktyabrın 4-də olacaq.

4 boksçumuz Avropa çempionatının finalına yüksəldi
ç
Oxşar xəbərlər
Boks
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başladı
Boks
Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazandı
Boks
Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəldi
Boks
Teymur Tanrıverdiyev Trabzonda Avropa çempionu adını qazandı
Boks
Azərbaycanın daha 7 boksçusu AÇ-də növbəti mərhələyə yüksəldi
Boks
Türkiyədə Avropa çempionatında 21 boksçumuz iştirak edəcək
Boks
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
Boks
