"Bayer"dən "Barselona"ya

13:33 - 31 Oktyabr 2022

"Barselona" yayda "Bayer"in (Leverkuzen) futbolçusu Mussa Diabini transfer etməkdə maraqlıdı.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Diabi üçün indidən hərəkətə keçib.

"Arsenal"ın da transfer siyahısında yer almış 22 yaşlı yarımmüdafiəçi Leverkuzendə qalmışdı. Fransalı bu mövsüm "Bayer"in heyətində 18 oyuna çıxıb, 4 qol vurub və 4 assist edib.

Onun Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

PSJ-nin sabiq üzvü "Krotone"də icarə əsasında oynadıqdan sonra 2019-cu ildə "Bayer"ə keçmişdi.

Xəbər xətti