Noyabrın 15-də İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı start götürəcək.
Sportal.az xəbər verir ki, 12 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Oğlanlardan ibarət millinin baş məşqçisi Elbrus Rzayev, məşqçilər Vüqar Məmmədovla Elvin Məmişzadə Alikantedə Tural Sarıyev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Mətin Məmmədov (57 kq), Tacı Tağızadə (60 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək.
Qızlardan ibarət yığmanın məşqçisi İlkin Ağayev isə mundialda Mehparə Məmmədova (48 kq) və Aysu Dərvişovanı (57 kq) sınayacaq.
Bu gün səfərə yollanan komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Boksçularımız noyabrın 28-də Vətənə dönəcək.
Dünya çempionatında İBA-nın dəvəti ilə azərbaycanlı hakim Anar Babanlı da ədalət təmsilçiləri sırasında yer alacaq.
Mundialda 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun iştirakı gözlənilir. Yarışın püşkü noyabrın 14-də atılacaq.

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
l
Oxşar xəbərlər
Boks
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başladı
Boks
Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazandı
Boks
Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəldi
Boks
Teymur Tanrıverdiyev Trabzonda Avropa çempionu adını qazandı
Boks
Azərbaycanın daha 7 boksçusu AÇ-də növbəti mərhələyə yüksəldi
Boks
Türkiyədə Avropa çempionatında 21 boksçumuz iştirak edəcək
Boks
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
Boks
