"Napol"inin hücumçusu "Mançester Yunayted" və "Bavariya" arasında seçim edəcək

12:36 - 20 Mart 2023

"Napoli"nin hücumçusu Viktor Osimhen bu yay klubunu dəyişməyə hazırlaşır.

Sportal.az “Goal.com”a istinadən xəbər verir ki, nigeriyalı forvard özünü "Çelsi" və ya "Mançester Yunayted"də sınamaq istəyir.

“Bavariya”nın da transfer siyahısında yer alan Osimhen bu üç komanda arasında seçim edəcək.

24 yaşlı futbolçu "Volfsburq", "Şarlerua", "Lill"də oynadıqdan sonra 2020-ci ildə Neapol klubuna keçib.

Xəbər xətti