"Real"dan Haaland üçün fantastik təklif

19:38 - 23 Mart 2023

"Real" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid təmsilçisinin 2024-cü ildə norveçli forvard üçün İngiltərə klubuna 240 milyon avroluq təklif göndərəcəyi bildirilir. "Kral klubu" Haalandı Kərim Benzemanın əvəzləyicisi hesab edir.

Qeyd edək ki, "Mançester Siti" Erlinq Haalandı mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer edib. 22 yaşlı futbolçu "şəhərlilər"in heyətində meydana çıxdığı 37 rəsmi matçda 42 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti