Kriştiano Ronaldo rekorda imza atdı

10:57 - 24 Mart 2023

Portuqaliya milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda Lixtenşteyni 4:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bu qarşılaşma ev sahiblərinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub. 38 yaşlı hücumçu millinin heyətində 197-ci matçına çıxaraq rekorda imza atıb.

Kriştiano Ronaldo yığmada meydana çıxma sayına görə Küveytin heyətində 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub.

Xəbər xətti