Harri Keyn millinin rekordçusu oldu

12:51 - 24 Mart 2023

İngiltərə milli komandası Avro-2024-ün seçmə mərhələsinin ilk turunda səfərdə İtaliyanı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qarşılaşma ada təmsilçisinin kapitanı Harri Keyn üçün əlamətdar olub. 44-cü dəqiqədə penaltidən fərqlənərək vurduğu qolların sayını 54-ə çatdıran 29 yaşlı forvard İngiltərə yığması tarixinin ən məhsuldar oyunçusu olub. "Tottenhem"in hücumçusu bu göstəricidə 53 qol vuran Ueyn Runini qabaqlayıb.

Harri Keyn 2015-ci ildən yığmada çıxış edir. O, millinin heyətində 81 matç keçirib.

Xəbər xətti