"Qalatasaray"ın müdafiəçisi Bakıya gəlməyəcək

14:20 - 24 Mart 2023

Şiddətli baş ağrılarına görə Türkiyə millisinin heyətindən kənarlaşdırılan Abdulkerim Bardakçının durumu bəlli olub.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın 28 yaşlı mərkəz müdafiəçisi müalicəsini başa vurub və tam sağalıb. Lakin təcrübəli futbolçu "Qarabağ"la yoldaşlıq görüşündə iştirak etməyəcək. Abdulkerim komanda ilə birlikdə Bakıya gəlməyəcək. O, Türkiyə Super Liqasının 27-ci turunun "Adana Demirspor"la matçında oynaya biləcək.

Qeyd edək ki, "Qalatasaray" Abdulkerim Bardakçını mövsümün əvvəlində "Konyaspor"dan transfer edib. Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydan çıxdığı 22 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti