İtaliya millisinin 40 oyunluq seriyası bitdi

16:22 - 24 Mart 2023

İtaliya milli komandası Avro-2024-ün seçmə mərhələsinin ilk turunda doğma meydanda İngiltərəyə 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, bu nəticədən sonra "mavilər"in uğurlu seriyası başa çatıb. Belə ki, "Squadra Azzurra"nın Avropa çempionatlarının seçmə mərhələlərindəki 40 oyunluq məğlubiyyətsizliyi bitib. Yığma bu müddət ərzində keçirdiyi 40 matçda 36 qələbə qazanıb, 4 heç-heçə etmişdi.

Qeyd edək ki, İtaliya seçməsi sonuncu dəfə 2006-cı ilin sentyabrında Fransaya 1:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər xətti