"Real"ın baş məşqçisi postuna 2 namizəd

19:38 - 28 Mart 2023

Karlo Ançelotti postunu tərk edəcəyi təqdirdə "Real"ın baş məşqçisi olmağa iki əsas namizəd var.

Sportal.az xəbər verir ki, əsas namizəd hazırda işsiz olan Mauritsio Poçettinodur. Bu barədə "Relevo" nəşri məlumat yayıb. Argentinalı mütəxəssislə danışıqlar uğursuz nəticələnsə, Madrid təmsilçisinin B planı da hazırdır. Hazırda "kral klubu"nun ikinci komandasını çalışdıran Raul Qonsales əsas komandanın baş məşqçisi təyin oluna bilər.

Qeyd edək ki, Karlo Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayına kimidir. Madridlilər mövsümü titulsuz başa vursa, italiyalı məşqçi istefaya göndəriləcək.

Xəbər xətti