"Qalatasaray" Xorvatiya millisinin üzvünü istəyir

17:15 - 30 Mart 2023

Türkiyənin "Qalatasaray" klubu yayda heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi Zaqreb "Dinamo"sunda çıxış edən Dominik Livakoviçdir. Bu barədə "Takvim" nəşri məlumat yayıb. 28 yaşlı qolkiper özü "sarı-qırmızılar"da oynamağa isti yanaşır. "Qalatasaray" yayda Xorvatiya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən "Dinamo"da çıxış edir. Xorvatiya millisinin üzvü cari mövsümdə paytaxt klubunun heyətində 39 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti