"Zaqatala" "Qarabağ"ı məğlub etdi - VİDEO

21:41 - 30 Mart 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Qarabağ-2" öz meydanında "Zaqatala"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 28-ə yüksəldən "Zaqatala" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Qarabağ-2" isə 21 xalla 11-ci yerdədir.

Qarabağ-2 - Zaqatala - 1:2
Qollar: 
Əli Abdullayev, 73 - Bəhruz Teymurov, 9, 76

Xəbər xətti