"Neftçi"nin futbolçusunu icarəyə götürmək istəyirlər

13:19 - 24 May 2023

"Neftçi"nin futbolçusu Ömər Qurbanov Premyer Liqadakı digər klubların maraq dairəsindədir.

Sportal.az saytına verilən məlumata görə, əvəzedici heyətin oyunçusu olsa da, Laurentsiu Regekampfın istəyi ilə əsas komandaya cəlb edilən və ara-sıra meydana çıxan 2005-ci il təvəllüdlü futbolçunu icarəyə götürmək istəyən komandalar var.

Mənbənin məlumatına görə, onlardan biri “Sumqayıt”dır. "Kimyaçılar" onu icarə əsasında heyətinə qatmağı planlaşdırır. Ancaq bu klubla yanaşı Premyer Liqadakı digər komandalar da Qurbanovu altı aylıq icarəyə götürməyi düşünür.  
 

Xəbər xətti