"Qarabağ" iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

11:14 - 31 May 2023

"Qarabağ" Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi adıçəkilən futbolçularla müqavilə müddətini artırmayıb və onlara təşəkkür edilib.

Filip Ozobiç 2018-ci ildə "Qəbələ"dən "Qarabağ"a keçmişdisə, Şeydayevin Ağdam klubuna ikinci gəlişi 2021-ci ildə baş tutmuşdu. 

Xəbər xətti