Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

12:00 - 31 May 2023

İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 1-də və 3-də Türkiyə yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında keçiriləçək. Oyunlar saat 17:30-da başlayacaq. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Qapıçılar:

Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:

Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov

Xəbər xətti