Klub prezidenti: "Emin "Neftçi"də qalsa, ölkədə ən çox maaş alan üç futbolçudan biri olacaq"

16:16 - 1 İyun 2023

"Neftçi"nin prezidenti Kamran Quliyev jurnalistlərə açıqlama verib.

Sportal.az xəbər verir ki, o, mövsümün sonunda "ağ-qaralar"la müqaviləsi başa çatan Emin Mahmudovun gələcəyi haqda danışıb. Quliyev kapitanın "Qəbələ" ilə keçiriləcək Azərbaycan Kubokunun finalından sonra qərar verəcəyini bildirib:

"Azərbaycanlı futbolçular ölkə çempionatında pik səviyyəsinə çatandan sonra düşünürlər. Dəqiq deyirəm sizə, Emin Mahmudov heç bir qərar verməyib. Onunla söhbətim olub. Kubokun finalından sonra oturub bərabər qərarımızı verəcəyik. Söhbət tək maddiyyatla bağlı deyil. Əgər Emin "Neftçi"də qalsa, ölkədə ən çox maaş alan üç futbolçudan biri olacaq. Ona çox yaxşı təklif etmişik. Layiq olduğu təklifdir. Son ildəki performansı digər illərə nisbətən daha yaxşı idi. Emin Mahmudov Azərbaycanda tək "Neftçi"ni düşünür. Xaricə getməli olsa, sırf öz üçün yeni macəra olacaq. Dəqiq deyim ki, qərar verməyib. Üç-dörd gün əvvəl söhbətimiz olub. Kubokdan sonra biləcəyik".

Kamran Quliyev baş məşqçi Laurentsiu Regekampf haqda da danışıb. Onun sözlərinə görə kubokun finalında qeydə alınacaq nəticə rumıniyalı mütəxəssisin taleyinə təsir etməyəcək:

"İnanmıram. İnanın ki, belə olsaydı da, sizə o cavabı verməzdim. Regekampfın taleyi finaldan asılı deyil. Qərarı tək mən vermirəm. Amma ona inamım var".

Mirbağırağa

Xəbər xətti