Emin Mahmudov "Neftçi"dən nə qədər maaş istəyib?

15:11 - 2 İyun 2023

"Neftçi" Emin Mahmudovu komandada saxlamaq üçün danışıqları davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi "ağ-qaralar"dan illik 550 min dollara yaxın pul istəyib.

"Neftçi" isə həmin məbləği ödəmək fikrində deyil. Paytaxt klubu milli komandamızın üzvünə illik 400-450 min dollar verə biləcəyini bildirib. Tərəflərin razılıq əldə edib-etməyəcəyi ölkə kubokunun "Qəbələ"yə qarşı keçiriləcək final görüşündən sonra bəlli olacaq. 

Xatırladaq ki, Eminin "Neftçi" ilə müqavilə müddəti 2023-cü il iyunun 30-da başa çatacaq. O, 2017-ci il sentaybrın 17-d bu komanda ilə müqavilə imzalamışdı.
 

Xəbər xətti