İngiltərə klubu "Roma"dan hücumçu transfer etmək istəyir

19:17 - 4 İyun 2023

"Roma"nın hücumçusu Temmi Abraham İngiltərəyə qayıtmağa yaxındır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ingilis forvardın xidmətində maraqlı olan komanda "Everton"dur.

Adıçəkilən klub 25 yaşlı forvard üçün qarşı tərəflə danışıqlara da başlayıb.

Premyer Liqa klubu Abrahama görə 31 milyon avrosundan keçməyə də hazırdır. "Roma"nın onu satıb-satmayacağı isə yaxın günlərdə dəqiqləşəcək. Forvardın İtaliya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Xəbər xətti