Azərbaycanlı futbolçu yenidən ərəb klubuna qayıda bilər

15:59 - 5 İyun 2023

Başa çatan mövsümü “Şamaxı”da keçirmiş Kamal Mirzəyevə ölkə xaricindən təklif gəlib.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi sabiq komandası olan “Əl-Salmiya”nın maraq dairəsindədir. Mirzəyevin yenidən Küveytdə yollanmaq ehtimalı yaranıb. Lakin 28 yaşlı futbolçuya Azərbaycan klublarından da maraq olduğundan, onun ərəb ölkəsinə yollanıb-yollanmayacağı hələ ki, konkretləşməyib.

“Qəbələ” yetirməsi olan Kamal AZAL, “Sumqayıt”, “Zirə” klublarında oynadıqdan sonra yayda “Şamaxı”ya keçmişdi. O, 2019/2020 mövsümündə “Əl-Salmiya” formasını geyinmişdi.

Xəbər xətti