"Neftçi" - "Qəbələ" matçının hakimləri mükafatlandırıldı

17:36 - 7 İyun 2023

Azərbaycan Kubokunun final görüşünün VAR və AVAR hakimləri Əliyar Ağayevlə Akif Əmirəli mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, onlara mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.

Oyun zamanı VAR və AVAR hakimləri Bakı Olimpiya Stadionunda fəaliyyət göstərdiklərinə görə matçdan dərhal sonra keçirilən mükafatlandırma mərasiminə qatıla bilməmişdilər. Məhz bu səbəbdən ədalət təmsilçiləri mükafatlarına bu gün qovuşublar.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşündə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib. Əlavə vaxtda qol vuran bölgə təmsilçisi ölkə kubokunun qalibi olub.

Xəbər xətti