Avropa Oyunları: boksçumuz 1/4 finala yüksəldi

19:34 - 27 İyun 2023

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünü keçirib.

Sportal.az xəbər verir ki, +92 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində Nikoloz Beqadzeni (Gürcüstan) sınağa çəkib.

Startda Uğur Aydemiri (Türkiyə) məğlub edən Abdullayev ikinci görüşünü də xeyrinə bitirib və mərhələ adlayıb. Məhəmməd 1/4 finalda yunanıstanlı Stilianos Pouliasla döyüşəcək. Görüş iyunun 28-də olacaq.

Qeyd edək ki, bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soareslə (Portuqaliya) və Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşacaq.

Xəbər xətti