PSJ-nin argentinalı futbolçusu "Çelsi"də oynamaq istəyir

16:14 - 6 Avqust 2023

"Çelsi" PSJ-nin futbolçusu Leandro Paredes üçün hərəkətə keçib.

Sportal.az "Standard"a istinadən xəbər verir ki, Paris klubunun yarımmüdafiəçisi özü də, London klubuna keçmək istəyir.

"Zaadəganlar" "Brayton"un yarımmüdafiəçisi Moyzes Kaysedonu transfer edə bilmədiyi üçün bütün diqqətini argentinalının keçidinə yönəldib.

29 yaşlı futbolçunun Fransa nəhəngi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. O, yola saldığımız mövsümü "Yuventus"da icarə əsasında keçirib.
 

Xəbər xətti