"Əvvəlki oyunlara baxanda, Belçikaya qarşı pis oynamadıq. Söhbət yaxşı oyundan getmir, biz xal qazana bilmirik. Cədvələ baxın, sonuncu pillədəyik. Nə qədər yaxşı oynayırsansa-oyna turnir cədvəlində yuxarı pillələrə qalxa bilmirik. Belçika ilə matçda heç-heçə etsəydik, daha yaxşı olardı. Amma uduzduq. Səbəb odur ki, bizim futbolçuların keyfiyyəti onların oyunçularından daha aşağıdır. Belə komandalarla matçda düşən qol imkanlardan maksimum istifadə etməlisən. Edə bilmirsənsə, uduzacaqsan. Millimiz lap qarşıdakı iki oyunu uddu, nə dəyişəcək? Bu gün Estoniya ilə öz aramızda hansı yeri tutacağımızı bölüşdürək. "Yaxşı oyun oynadıq” məsələsi ilə razılaşmıram. Xal qazana bilmiriksə, nəyisə dəyişməliyik".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ceyhun Sultanov deyib. Milli komandamızın sabiq üzvü yığma komandada oynayan futbolçularımızın legioner həyatı yaşamasına bu cür münasibət bildirib: "Deyirlər ki, legionerlərimizin sayı çoxdur. Legionerlərimiz harada oynayır? Söhbət Azərbaycan futbolunda yetişmiş oyunçulardan gedir. Maksimum Türkiyənin birinci divizionunda oynayırlar da. Əgər millimizin inkişafını, qrupdan çıxmasını istəyiriksə, bizə top-5 klublarda oynayan oyunçular lazımdı. Ki, onlar bizi vəziyyətdən çıxarsın. İndiki futbolçularımız isə maksimum Türkiyədə oynayır".
Sultanov, milli komandamıza yerli baş məşqçinin təyin olunmasının necə effekt verə biləcəyini də ehtimal edib: "Yerli baş məşqçini gətirmək demək deyil ki, milli dərhal uğur qazanacaq. Nədənsə, milliyə yerli baş məşqçi gələn kimi ondan nəticə tələb edirik. Niyə xaricidən istəmirik? Xarici gəlirsə, ondan istəməliyik. İnanın, hazırkı vəziyyətdə yerli məşqçi daha yaxşı nəticə verərdi. Bizim düşüncəmiz odur ki, yerli mütəxəssis gəldisə, nəticə yaxşı olmalıdır, hər şeyi etməlidir. Xaricilərə verilən pulu yerliyə təklif etsinlər də. Halbuki, yerli hələ daha az maaşa işləyəcək. Xaricilər kimi gedib ay ölkəsində oturub, tsiklə 15-20 gün qalmış Azərbaycana gəlməyəcək. Daim burda olacaq".
Sonda isə futbol mütəxəssisi bu gün milli komandamızın yoldaşlıq görüşündə qarşılaşacağı İordaniya yığması barədə fikirlərini bildirib: "FİFA-nın reytinq cədvəlində İordaniya bizdən 40 pillə öndə ola bilər. Hindistan da Qambiyadan öndədir. Amma belə deyil axı. Reytinq cədvəli sadəcə qitələrə bölünür. Yəni, reytinq cədvəli o demək deyil ki, İordaniya bizdən güclüdür. Onları udmuşuq da. Bəlkə də, bizdən zəif komandadır. Bu oyun millimizə nəsə verəsi deyil. Sadəcə yoldaşlıq görüşüdür də. Əslində, mənə görə, millinin yoldaşlıq görüşləri futbolçuların bir-birini daha yaxşı tanıması üçündür".
Mirbağırağa
saytlarin hazirlanmasi