İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisinin adı bəlli olub.
Sportal.az xəbər verir ki, "Tottenhem"in çalışdırıcısı Ange Postekoqlu ötən ay həmkarlarını səsvermədə qabaqlayıb.
Ötən ay avstraliyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv üç matçdan 7 xal qazanıb. London təmsilçisi "Mançester Yunayted" və "Bornmut"u (2:0) məğlub edib, “Brentford”la heç-heçə (2:2) oynayıb.
58 yaşlı məşqçi ötən mövsüm "Seltik"i çalışdırıb və 2023-cü il yanvarda "Tottenhem"ə keçib.
saytlarin hazirlanmasi