"Napoli"də ən yaxşı futbolçu seçildi

18:41 - 16 Sentyabr 2023

"Napoli"nin azarkeşləri avqust ayının ən yaxşı futbolçusunu seçib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hamıdan çox səsi Covanni Di Lorenzo toplayıb.

Bu mövsüm İtaliya A seriyasında üç oyuna çıxan müdafiəçi bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Son mövsümdə italiyalı A Seriyasında 37 oyunda iştirak edib, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Üç turdan sonra “Napoli” altı xal toplayıb və hazırda İtaliya çempionatının turnir cədvəlində altıncı pilləsindədir. Neapollular növbəti matçını bu gün “Cenoa”ya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də səslənəcək.
 

Xəbər xətti