"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"nın vingeri Lamin Yamal ilə mümkün transfer barədə söhbət edib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya akademiyasının 16 yaşlı yetirməsi təklifi rədd etməkdən çəkinməyib.
O, "Barselona"da uğur qazanmaq istədiyini qarşı tərəfə bildirib.
Xatırladaq ki, sentyabrın 8-də Gürcüstan millisi ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Yamal İspaniya millisinin heyətində debüt edib. Bu oyunda Yamal qol vurub. 2023/2024 mövsümündə La Liqada 4 matçda iştirak edən 16 yaşlı futbolçu bir məhsuldar ötürmə də edib.