Monteneqronun qadınlardan ibarət milli komandasının baş məşqçisi Mirko Mariç Millətlər Liqasının C3 qrupunda Azərbaycan, Farer adaları və Kipr yığmalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə danışan monteneqrolu mütəxəssis qrupun favoriti olmadıqlarını deyib:
"Püşkatmadan sonra dediyim kimi, bu, hamının qalib gələ biləcəyi bərabərsəviyyəli qrupdur. Farer adaları və Azərbaycanla matçlardan nə gözləyəcəyimi bilmirəm. Amma hazırda diqqətimizi yalnız ilk oyuna yönəltmişik. Biz heç bir rəqibi dəyərləndirməyə bilmərik, qrupda favorit deyilik. Əsas odur ki, qızlar əllərindən gələni etsinlər. Bu, yaxşı nəticə üçün əsas şərtdir".
saytlarin hazirlanmasi