"Marsel”in baş məşqçisi Marselino Qarsiya Toral komandadan ayrılmağa hazırlaşır.
Sportal.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis bu barədə komandanın futbolçularına məlumat verib.
Adıçəkilən mütəxəssis iyunun sonunda Fransa klubuna baş məşqçi təyin edilmişdi.
58 yaşlı məşqçi əvvəllər “Rekreativo”, “Rasinq”, “Saraqosa”, “Sevilya”, “Vilyarreal”, “Valensiya”, “Atletik”(Bilbao) klublarını çalışdırıb.
saytlarin hazirlanmasi