"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller bir klubla Çempionlar Liqasında 100-cü qələbəsini qazanıb.
Sportal.az "BBC"ə istinadən xəbər verir ki, o, tarixdə bu uğura imza atan üçüncü futbolçu olub.
Bundan əvvəl Kriştiano Ronaldo (115) və İker Kasilyas (101) Çempionlar Liqasında bir komandanın heyətində 100 qələbə qazana bilmişdi.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bavariya” “Mançester Yunayted”ə 4:3 hesabı ilə qalib gəlib. Növbəti turda “Bavariya” “Kopenhagen”lə, “Mançester Yunayted” isə “Qalatasaray”la qarşılaşacaq.
Müller 2009-cu ildən "Bavariya"da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə 5 matçda iştirak edib və o, məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi