Xorvatiya mətbuatı Konfrans Liqasının C qrupunun 4-cü turunda Çexiyanın "Viktoriya" klubuna qarşı keçiriləcək qarşılaşma üçün "Dinamo"nun ehtimal start heyətini müzakirə edərkən Mahir Emrelinin şanslarını da dəyərləndiriblər.
Sportal.az “Sportske novosti”yə istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız millimizin forvardı haqda bunları yazıb:
"Yakiroviç Petkoviçin əvəzinə kimi start heyətə daxil edəcək? Təbii ki, “Varazdin”lə son çempionat matçında (1:1) “mavi-qaralar”ı xilas edən Mahir Emrelinin şansı daha yüksəkdir. O, Yosip Drmiç və Kulenoviçdən daha yaxşı görünür. Ona görə də azərbaycanlı forvardın Plzendəki matçda start heyətində yer alması məntiqli və ehtimal olunan variantdır”.
saytlarin hazirlanmasi