Azərbaycan klubunda baş məşqçi dəyişikliyi

11:34 - 28 Noyabr 2023

"Mingəçevir"də baş məşqçi dəyişikliyi baş verib.

Sportal.az xəbər verir ki, son turda evdə "Zaqatala"ya məğlub olan (0:1) "Mingəçevir"in məşqçilər korpusu istefa gedib.

Samir Məmmədovu isə klubda məsləhətçi vəzifəsində çalışmış Ədəhim Niftəliyev əvəzləyəcək.

Millimizin sabiq futbolçusu son dəfə "Kəpəz"in məşqçilər korpusunda yer almışdı. 

Xəbər xətti