Konfrans Liqası: 1/8 final mərhələsinin cütlükləri bəlli oldu

17:34 - 23 Fevral 2024

Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki,"Fənərbaxça" "Union"la qarşılaşacaq. Mahir Emrelinin formasını geyindiyi "Dinamo" isə PAOK önünə çıxacaq.

“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)
“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)
“Molde” (Norveç) - “Brügge” (Belçika)
“Union“ (Belçika) - “Fənərbağça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)
“Şturm” (Avstriya) - “Lill” (Fransa)
“Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)

Qeyd edək ki, ilk oyunlar martın 7-də, cavab görüşləri isə 14-də baş tutacaq.

Xəbər xətti