“Qarabağ”a təklif olunan “Roberto Karlos” - VİDEO

21:21 - 23 Fevral 2024

"Ximki-2"nin heyətində yer alan Rəsul Hüseynov azərbaycanlıdır.

Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, Rusiyada anadan olmasına baxmayaraq, valideynləri Qərbi Azərbaycanda anadan olub.

Atası illər öncə bu ölkəyə iş dalınca yollanıb, Rəsul da orada anadan olub. Müdafiənin və yarımmüdafiənin solunda oynamaq bacarığı ilə seçilən 2004-cü ilin dekabrında anadan olan soydaşımızın işlək ayağı soldur.

Yaxın gələcəkdə U-21-ə, bir müddətdən sonra Azərbaycan millisinə fayda verə biləcək gücdədir. Oyun üslubuna görə ötənlərin məşhur braziliyalı müdafiəçisi Roberto Karlosu xatırladan oyunçu Rusiya klublarının diqqət mərkəzindədir. Deyilənə görə, “Qarabağ”a təklif olunub. Ağdam təmsilçisi hələ ki Hüseynovu diqqətdə saxlayır.

U-21-in baş məşqçisi Samir Əliyevə onun haqında məlumat verilib, ya yox, bilmirik. Bildiyimiz odur ki, dəvət edib yoxlamaqla ölkə futboluna yeni ad qazandırmaq mümkündür.

Xəbər xətti