Premyer Liqamızda rekord vuran yunan futbolçu

11:44 - 4 Mart 2024

"Zirə"nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 29 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yunanıstanlı futbolçu "Turan Tovuz"la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub.

O, "Zirə"nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.

Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.

Xəbər xətti