Dadaşov Azərbaycanda oynayacaq?

14:30 - 6 Mart 2024

Almaniyanın aşağı liqasında yarışan "Dinamo Berlin" klubunun üzvü Rüfət Dadaşov üçün bu mövsüm uğurlu alınır. Onun komandası hazırda "Regionalliga Nordost"da üçüncü pillədədir. Azərbaycan millisində çıxış etmiş forvard özü isə 14 qolla bombardirlər siyahısında birincidir. 

Sportal.az saytına verilən məlumata görə, Rüfətin yeni mövsümdən Azərbaycan Premyer Liqasında oynamaq ehtimalı var. Əslində, bu yaya qədər ona bir neçə dəfə menecerlər tərəfindən Premyer Liqamızın müxtəlif klublarında oynamaq təklif edilib. 

Lakin forvard Almaniyada qalmağa üstünlük vermişdi. Ancaq bu yay Rüfətin fikrini dəyişib-dəyişməyəcəyi hələ ki, konkretləşməyib. 32 yaşlı hücumçunun "Dinamo" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 1991-ci ildə Bakıda dünyaya gələn Rüfət Azərbyacan millisində 23 oyuna 5 qol vurub. O, klub karyerası ərzində isə yalnız Almaniya və ABŞ klublarının formasını geyinib.

Xəbər xətti