Azərbaycan Kubokunda B qrupun iki matçı baş tutub.
Sportal.az xəbər verir ki, "Gəncə" "NTD-İndiqo"ya uduzub.
Xaçmaz təmsilçisi rəqibini 98:75 məğlub edib. Bununla da, "NTD-İndiqo" növbəti mərhələyə adlayıb.
Azərbaycan çempionu "Sabah" isə "Sərhədçi" ilə üz-üzə gəlib. Bu görüşdə "Sərhədçi" 87:82 hesablı qələbə qazanıb. Belədə, onlar qrupdan çıxmaq üçün şans əldə ediblər. Son turda "NTD-İndiqo" "Sabah"a qalib gələrsə, "Sərhədçi" yarımfinala adlayacaq.
saytlarin hazirlanmasi