Dadaşov "Lokomotiv"ə qarşı niyə oynamayıb?

11:53 - 12 Mart 2024

"Dinamo"nun (Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşovun Almaniyanın Şimal-Şərq Regional Liqasının 25-ci turunun “Lokomotiv”ə (Leypsiq) qarşı keçirdikləri son matçda (4:0) meydana çıxmamasının səbəbi məlum olub.

Sportal.az "Berliner Kurier"ə istinadən xəbər verir ki, Dadaşov oyundan əvvəl xəstələndiyi üçün özünü pis hiss edib. Öz növbəsində Berlin klubunun baş məşqçisi Dirk Kunert Rüfətin oyundan sonra yumoristik təbriklərini qeyd edib:

"Dada" komandanı təbrik etdi. Dedi ki, komanda ancaq 3-cü Liqaya yüksələndə qayıdacam".

“Dinamo”(Berlin) hazırda Regional Liqada turnir cədvəlinin ikinci pilləsindədir.

Xəbər xətti