Mahir Emrelinin komandası darmadağın edildi, mübarizəni dayandırdı - VİDEO

09:49 - 15 Mart 2024

Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu Konfrans Liqasının 1/8 final mərhələsinin cavab matçını keçirib.

Sportal.az xəbər verir ki, Zaqreb klubu səfərdə Yunanıstan PAOK klubu ilə qarşılaşıb (ilk oyun – 2:0).

Görüş qonaqların 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb və bununla da onlar KL-dəki çıxışlarını başa vurublar.

Qeyd edək ki, bir müddət əvvəl zədədən sonra meydana qayıdan Emreli bu görüşün heyətinə daxil edilməyib.

Xəbər xətti