Premyer Liqamızdakı yeganə burundili: "Müqaviləni artırmışam, burada qaldım"

20:21 - 15 Mart 2024

“Sabah”a hörmətlə yanaşırıq. Amma biz qələbə qaznamaq niyyətindəyik. Bütün görüşlərə bu cür yanaşırıq. Məqsədimiz hər oyunu qazanmaqdır. Buna da gücümüz çatar”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Tresor Mossi deyib.

"Kimyaçılar"ın aparıcı futbolçusu olan burundulinin komandada qalacağı ilə bağlı xəbər vermişdik. O, özü də, saytımıza açıqlamasında yeni müqavilə imzaladığını etiraf edib: “Bəli, “Sumqayıt”da qaldım. Artıq yeni müqaviləni də imzalamışam. Qarşıdakı mövsümə də hazırkı komandamda başlayacam. İndi yalnız “Sumqayıt”a kömək etmək haqda düşünürəm”.

Qeyd edək ki, 22 yaşlı futbolçu yayda "Vesterlo"dan bir illik icarə müqaviləsi ilə "Sumqayıt"a keçmişdi. Yeni müqaviləyə əsasən, o, qarşıdakı üç ili Azərbaycan klubunda oynayacaq.

Xəbər xətti