Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi açıqlandı

14:47 - 15 Mart 2024

FİFA-nın qadın futbol komandalarının mart ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan yığması 1305,48 xalla 76-cı pillədəki mövqeyini qoruyub.

Millimizin ən yaxın izləyicisi Trinidad və Tobaqodur (1294,31). Peru isə millimizi (1322,49) qabaqlayır.

İlk onluq isə belədir:

1. İspaniya (2085,96)
2. İngiltərə (2021,41)
3. Fransa (2018,81)
4. ABŞ (2011,2)
5. Almaniya (2005,24)
6. İsveç (1998,57)
7. Yaponiya (1982,52)
8. Niderland (1951,81)
9. Kanada 1950,89
10. Braziliya (1946,58)

Xəbər xətti