“Beşiktaş” indiki durumundan çıxış yolunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi postuna dəvət etməkdə görür.
Sportal.az “Fotospor”a istinadən xəbər verir ki, bu təklifi İstanbul klubunun idman direktoru Samet Aybaba irəli sürüb.
Funksioner hesab edir ki, Fernando Santosdan sonra bu postu ağdamlıların 52 yaşlı baş məşqçisi tutmalıdır. "Beşiktaş" Juninyo və Abdellah Zubirlə də maraqlanır. Qeyd edək ki, İstanbul klubu Superliqanın 30-cu turundan sonra lider "Qalatasaray"dan 35 xal geri qalaraq 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi