Ukraynaın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Mərakeşin U-23 və Azərbaycanın U-21 yığmasına qarşı keçiriləcək matçlar üçün hazırlığa start verib.
Sportal.az xəbər verir ki, Unay Melqosanın rəhbərlik etdiyi kollektiv Türkiyədə təlim-məşq toplanışı keçəcək. Yığma komandaya 23 futbolçu dəvət edilib:
Qapıçılar: Pavel İsenko (“Vorskla”), Ruslan Neşeret (“Dinamo”, Kiyev), Yakov Kinareykin (“Dnepr-1”)
Müdafiəçilər: İlya Krupski (“Vorskla”), Konstantin Vivçarenko (“Dinamo”, Kiyev), Arseni Bataqov (“Zarya”), Artyom Smolyakov (“Polesye”), Vitali Roman, Boqdan Slyubik (hər ikisi “Rux”), Vladimir Salyuk (“Çernomorets”).
Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), Yevgeni Pavlyuk (“Vorskla”), Nazar Voloşin (“Dinamo”, Kiyev), Valentin Rubçinski, Oleq Oçeretko (hər ikisi “Dnepr-1”), Aleksandr Yatsık (“Zarya”), Maksim Xlan (“Lexiya”, Polşa), Boris Kruşinski (“Polesye”), İlya Kvasnitsa (“Rux”), İvan Varfolomeyev (“Slovan”, Çexiya), Maksim Braqaru (“Çernomorets”).
Hücumçular: İqor Qorbaç (“Zarya”), İqor Krasnopir (“Obolon”)
Ukraynanın U-21 millisi martın 22-də Mərakeşin U-23 komandası ilə qarşılaşacaq.
Martın 26-da isə Bakıda Azərbaycanın U-21 yığması ilə matça çıxacaq.
saytlarin hazirlanmasi