Türkiyəli futbol mütəxəssisi Rza Çalımbay Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin oluna bilər.
Sportal.az "Sabah"a istinadən xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssisin özü bildirib:
"Hələlik rəsmi təklifim olmayıb, amma adım çəkilib. Düşünürəm ki, tezliklə mənimlə əlaqə saxlayacaqlar. Əgər zəng etsələr, müsbət cavab verməyə hazıram".
Qeyd edək ki, Rza Çalımbayın son iş yeri “Beşiktaş” olub.
saytlarin hazirlanmasi