"Mançester Siti"dən icarə əsasında “Barselona”ya keçmiş Joao Kanselo karyerası ilə bağlı planlarından danışıb.
Sportal.az xəbər verir ki, “A Bola” nəşrinə danışan portuqaliyalı futbolçu Kataloniya klubunda xoşbəxt olduğunu dilə gətirib:
"Barselona" mənim oynamaq istədiyim yeganə Avropa klubudur. Əvvəl də belə idi, indi də”.
“Benfika”nın 29 yaşlı yetirməsi “Valensiya”, “İnter”, “Yuventus”, “Mançester Siti” və “Bavariya” klublarında oynayıb.
saytlarin hazirlanmasi