"Qarabağ" müqavilə imzalayacağı futbolçunu icarəyə verməyi planlaşdırır

12:49 - 1 Aprel 2024

"Qarabağ"ın qolkiperi Amin Ramazanov yayda Premyer Liqa klubuna icarəyə verilə bilər.

Sportal.az saytına verilən məlumata görə, gənc qolkiperin xidmətində maraqlı olan klublarımız var.

Məlumata görə, onlar arasında "Turan Tovuz" də yer alır. Lakin U-21 yığmamızın qapıçısının yeni mövsümə harada başlayacağı hələ ki, dəqiq deyil.

Ağdam klubu ilə müqaviləsi mövsümün sonuna qədər olan Ramazanovun yeni müqavilə imzaladıqdan sonra icarəyə veriləcəyi gözlənilir.

Xatırladaq ki, 21 yaşlı qapıçının mövsümün əvvəlində Premyer Liqa komandalarından birinə icarəyə veriləcəyi gündəmdə olsa da, sonda o, "Qarabağ"da qalmışdı.

Xəbər xətti