Çempionlar Liqası: PSJ və "Borussiya" yarımfinalda

01:02 - 17 Aprel 2024

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

Sportal.az xəbər verir ki, iki görüş keçirilib. 

Parisdə PSJ-ni məğlub edən "Barselona" evdə rəqibi ilə bacarmayıb. 

"Borussiya" isə "Atletiko"ya ilk oyundakı məğlubiyyətin əvəzini Dortmundda çıxa bilib. Belədə, yarımfinala "Borussiya" və PSJ klubları çıxıb.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

16 aprel

"Barselona" - PSJ 1:4
Qollar
: Rafinya, 11 - Osman Dembele, 40, Vitinya, 54, Kilian Mbappe, 61, 89
İlk oyun - 3:2

"Borussiya"(Dortmund) - "Atletiko" 4:2
Qollar
: Yulian Brandt, 34, Yan Matsen, 39, Niklas Fulkruq, 71, Marsel Sabitser, 74 - Mats Hummels, 49 (avtoqol), Anxel Korrea, 64
İlk oyun 1:2

Xəbər xətti