Belarus millisinin baş məşqçisi Bakıdakı turnirdən paylaşım etdi, şəraitə heyran qaldı

17:54 - 23 May 2024

Bakıda keçirilmiş güləş üzrə U-23 Avropa çempionatının təşkilatçılığı Belarusun yunan-Roma güləşi üzrə milli komandasının məşqçisi Vitali Muraşkonu heyran edib. 

Sportal.az xəbər verir ki, o, şəxsi tiktok səhifəsində video paylaşaraq, qaldıqları oteldə yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirib.

https://vt.tiktok.com/ZSYFXdKbJ/

https://vt.tiktok.com/ZSYFXRu9S/

Əlavə edək ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. 

Xəbər xətti