Region Liqasında final oyununun təyinatları

14:32 - 24 May 2024

AFFA Region Liqasında “Şimal” və “Hypers” komandaları arasında bu gün keçiriləcək final oyununun hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunacaq həlledici görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

24 may

“Şimal” – “Hypers”

Şamaxı şəhər stadionu. Saat 16:00

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Elşad Abdullayev, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: İmanxan Sultani

Xəbər xətti