"Zirə"nin qolkiperi: "Heç vaxt unudulmayacaq mövsüm keçiririk" - FOTO

11:51 - 27 May 2024

"Zirə"nin qolkiperi Tyaqo Silva komandasının bu mövsümkü çıxışından yazıb.

Sportal.az xəbər verir ki, instaqram hesabında paylaşım edən portuqaliyalı qolkiper "Zirə"nin Premyer Liqada ən az qol buraxan komanda olmasını da xüsusi vurğulayıb:

"Heç vaxt unudulmayacaq mövsüm keçiririk: 

Premyer Liqada ikinci pillə;

Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə;

36 oyuna 22 qol buraxmaqla, çempionatın ən yaxşısı müdafiə xəttinə sahib olmaq;

17 matçda qol buraxmamaq;

Azərbaycan kubokunun finalı;

Necə də gözəl hekayədir. Amma hələ heç nə bitməyib. İyunun 2-də ölkə kubokunu qazanmağımıza kömək etmək üçün azarkeşlərimizin dəstəyinə ümid edirik!".

Xəbər xətti