Millimiz hazırlıq üçün Serbiyaya yollandı

14:18 - 28 May 2024

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi təlim-məşq toplanışına yola düşüb.

Sportal.az xəbər verir ki, millimiz Seribayanın Novi Sad şəhərində hazırlaşacaq.

Heyətə Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədov cəlb edilib.

Cordan Deyvisin isə yaxın vaxtlarda düşərgəyə qoşulacağı gözlənilir.

İyunun 7-dək davam edəcək toplanışın əsas məqsədi iyunun 8-9-da Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlaşmaqdır. Qeyd edək ki, millimiz təsnifat mərhələsinin B qrupunda Kosovo, Kipr, Albaniya və Ermənistan seçmələri ilə qarşılaşacaq.

Xəbər xətti